10:15 - 1.12.2021
1 dekabr, Fineko/abc.az. 2021-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) könüllü həyat sığortaları üzrə cəmi 262 milyon 11 min manat sığorta haqları hesablanıb.
ABC.AZ Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, könüllü həyat sığortaları üzrə cəmi yığım 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində 48 milyon 68 min manat və ya 22,5% artıb.
Qeyd edək ki, 2020-ci ilin 10 ayı ərzində könüllü həyat sığortaları üzrə 213 milyon 943 min manat sığorta haqları heablanmışdı.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026