17:27 - 9.09.2021
9 sentyabr, Fineko/abc.az. Azərbaycanda bu il dövlət xətti ilə aqrar sığorta hesabına yığılan sığorta haqlarının ümumi məbləği 4 milyon manata yaxınlaşıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondundan bildirilib.
Fonddan bildirilib ki, indiyə qədər 10 000-dən çox mal-qara, 20 000 hektar bitkiçilik sahəsi sığortalanıb: "Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi bir qədər də genişləndiriləcək. Ərzaq üçün nəzərdə tutulan bütün növ bitkilərin sığortalanması nəzərdə tutulub. Sığorta paketinə təkcə südlük deyil, həmçinin ətlik istiqamətlərdə yetişdirilən heyvanların - qoyun və keçi təsərrüfatları da əlavə olunacaq".
Hazırda Fond 60 bölgədə fəaliyyət göstərir.
17 Avqust 2026
15 Avqust 2026