Bu gün Bakının bir hissəsi susuz qalacaq

10:47 - 3.04.2018


3 aprel, Fineko/abc.az. “Azərsu” ASC bu gün su təchizatı sistemindəki fasilələr barədə xəbərdarlıq edir.

ASC xəbər verir ki, Bakının Rəsulzadə qəsəbəsindən keçən magistral xətdə təmir işlərinin aparılması ilə əlaqədar olaraq, Abşeron rayonunun bəzi hissələrində, həmçinin Bakı şəhəri Binəqədi və Nəsimi rayonlarında su verilişində məhdudiyyətlər olacaq.