15:08 - 29.06.2021
29 iyun, Fineko/abc.az. 2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən 398 milyon 1 min manat sığorta haqları hesablanıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Banksan bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin eyni dövründə 361 milyon 348 min manat sığorta haqları hesablanmışdı.
Qeyd edək ki, sığorta ödənişləri ötən ilin ilk 5 ayında 140 milyon 171 min manat ikən, 2021-ci ilin ilk 5 ayında 208 milyon 233 min manat təşkil edib.
Müəllif: Elmir Murad