10:31 - 27.03.2018
27 mart, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Böyük-Kəsik yolunun əsaslı təmirini davam etdirir.
ADY-in məlumatında deyilir ki, Gəncə-Alabaşlı mənzilində 7,2 km yolun əsaslı təmiri başlanıb.
“Bu sahənin təmiri bir həftə ərzində tamamlanacaq”, - məlumatda belə deyilir.
14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Bu günə kimi 475 km dəmir yolu əsaslı təmir olunub.
29 İyul 2026
27 İyul 2026