Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 165 milyon dollar olub

11:10 - 18.05.2021


18 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Belarus arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, açıqlamanı Belarus Dövlət Statistika Komitəsi yayıb.

Sözügedən dövrdə iki ölkə arasındakı dövriyyə 165 milyon dollar olub. Yanvar-aprel aylarında Belarusdan Azərbaycana ixracın dəyəri 42 milyon dollar, ölkəmizdən Belarusa isə 123 milyon dollar təşkil edib.

Müəllif: Elmir Murad