Azərbaycanda aliment dövlət tərəfindən ödənilə bilər – Təklif

12:37 - 9.03.2021


9 mart, Fineko/abc.az. Ombudsman alimentin dövlət tərəfindən ödənilməsini təklif edib.

ABC.AZ-ın məlumatına görə, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

Təklif edilib ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə dövlət tərəfindən ödənilməsi üzrə mexanizm yaradılsın.

Bunun üçün Aliment Fondunun yaradılması təklif edilib.