10:35 - 24.02.2021
24 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank bu ilin yanvar ayında sığorta sektorundakı bəzi göstəricilər üzrə hesabat açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 727 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, bu 2020-ci ilin yanvar ayında 996 min manat olmuşdu.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında Azərbaycana avtomobil idxalı və satışları azalıb.
Müəllif: Elmir Murad