10:24 - 24.02.2021
24 fevral, Fineko/abc.az. 2021-ci ilin yanvar ayında avtomobillərin könüllü sığortası kəskin azalıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar ayında avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 milyon 705 min manat sığorta haqları hesablanıb.
Bu, 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2,6 dəfə azdır.
Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar ayında avtonəqliyyat vasitələrinin sığortası üzrə 7 milyon 41 min manat sığorta haqları hesablanmışdı.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026