15:31 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. Nazirlər Kabinetinin iclasında çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, 2027–2030-cu illəri əhatə edən ortamüddətli dövr regiondakı mürəkkəb geosiyasi-iqtisadi proseslər fondunda ölkə qarşısında yeni strateji çağırışlar formalaşdırır.
Baş nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı sülhün möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır.
Əli Əsədov vurğulayıb ki, bu vəzifələrin reallaşdırılmasında səmərəli büdcə-fiskal siyasət mühüm rol oynayır və maliyyə planlaşdırılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” daxil olmaqla, mövcud strateji sənədlərlə sıx uzlaşdırılmalıdır.
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026