Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

15:47 - 24.09.2026


Ölkənin ilk rəqəmsal bankı “Birbank” təhsil işçiləri üçün xüsusi kampaniyaya start verib. 2026-cı il oktyabrın 31-dək davam edəcək kampaniya çərçivəsində təhsil işçiləri nağd pul kreditini 7 faizədək endirimlə əldə edə bilərlər.

Kampaniya çərçivəsində 80 min manatadək kredit götürmək, həmçinin digər banklardakı kreditləri “Birbank”da birləşdirmək mümkündür. Kredit müddəti 3 aydan 59 ayadəkdir.

Kampaniyadan yararlanmaq istəyənlər “Birbank” tətbiqi və ya Birbank.az saytı vasitəsilə, “Birbank” çatına yazaraq, 196 Əlaqə Mərkəzinə zəng edərək və ya istənilən “Kapital Bank”/ “Birbank” filialına yaxınlaşaraq müraciət edə bilərlər.

Ətraflı məlumat üçün: https://www.b-b.az/bbtsd

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank” 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. “Birbank”ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.