15:48 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. Abşeron rayonunun Məhəmmədi kəndində fiziki şəxs Quliyev Elşad Zeynal oğluna məxsus istehsal müəssisəsində Qida Təhlükəsizliyi Agentliyi müayinələr aparıb.
Yoxlama zamanı müəssisədə emal edilən “№1” (11.11.2025–11.11.2026-cı il istehsal və son istifadə tarixli), “Kəhrəba” (27.07.2026–27.07.2027-ci il istehsal və son istifadə tarixli) və “Nabat” (03.09.2026–03.09.2027-ci il istehsal və son istifadə tarixli) əmtəə nişanlı qənd məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim olunub.
Sınaqların nəticəsinə əsasən, qeyd olunan məhsullarda kükürd dioksidin (SO2) miqdarının normadan artıq olduğu üzə çıxıb.
Aşkar olunmuş faktla bağlı inzibati cərimə tətbiq edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və normaya cavab verməyən məhsul partiyaları ilə bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tedbirlərin görülməsinə başlanılıb.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026