Bakıda və Abşeronda yarmarkalar keçiriləcək – Ünvanların siyahısı

11:34 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Fevralın 19-21-i tarixlərində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək.

Yarmarkalar Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A-da təşkil olunacaq.

Müəllif: Elmir Murad