İcbari Tibbi Sığorta Agentliyinin 3 filialı açılacaq

11:48 - 4.02.2021


4 fevral, Fineko/abc.az. İcbari Tibbi Sığorta Agentliyinin Şəmkir, Göyçay və Cəlilabad filiallarının fəaliyyətə başlaması nəzərdə tutulur.

ABC.AZ-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, agentliyin ümumilikdə 11 filialının fəaliyyəti nəzərdə tutulur. Hazırda isə agentliyin 8 filialı fəaliyyət göstərir.