14:30 - 2.02.2021
2 fevral, Fineko/abc.az. 2020-ci ildə Gürcüstandan Azərbaycana 319 min ABŞ dolları dəyərində 2 130 ton kartof ixrac olunub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Məlumata əsasən, illik müqayisədə məhsulun həcmi 1 082 ton və yaxud 34% azalıb.
Ötən il Azərbaycan Gürcüstanın əsas kartof idxalçısı olub.
Belə ki, qonşu ölkə 17 ölkəyə ümumilikdə 4 253 ton kartof ixrac edib ki, bunun da 50%-i Azərbaycanın payına düşüb.
Gürcüstandan ən çox kartof tədarük edən ikinci ölkə isə 1 664 tonla Rusiya olub.
7 Avqust 2026
7 Avqust 2026