11:55 - 14.01.2021
14 yanvar, Fineko/abc.az. Ötən 1 il ərzində azərbaycanlılar Türkiyədə 1279 mənzil alıblar.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsi məlumat yayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə azərbaycanlılar Türkiyədə 1191 mənzil almışdılar.
Aylara gəldikdə isə azərbaycanlılar ötən ilin dekabr ayında Türkiyədə 155 mənzil alıblar. 2019-cu ilin eyni ayında bu say 146 idi. Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 6-cı yerdədir.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026