12:21 - 5.01.2021
5 yanvar, Fineko/abc.az. "AXA MBASK" Sığorta Şirkəti ASC ləğv olunduğunu elan edib.
ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri şəhəri, Nəsimi rayonu rayonu, Həzi Aslanov küçəsi, ev 80/9 ünvanına bildirə bilərlər.
Şirkətin 20 milyon 534 min manat niamnamə kapitalı olub.
Şirkət 1992-ci ildə dövlət qeydiyyatına alınmışdı.
Qeyd edək ki, "AXA MBASK" Sığorta Şirkəti 2019-cu ildən yeni sığorta müqavilələri bağlamağı dayandırmışdır.
Müəllif: Elmir Murad