14:30 - 30.12.2020
30 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bir sıra ixrac əməliyyatları açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bu ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoruna aid mal ən çox Rusiyaya ixrac olunub.
Belə ki, sözügedən dövrdə Rusiyaya 628,1 milyon, Türkiyəyə 320,6 milyon, İsveçrəyə 201,3 milyon, Gürcüstana 117 milyon və Çinə 41,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Müəllif: Elmir Murad