Xankəndi, Xocalı və Şuşada da icbari tibbi sığorta olacaq – Yeni qanun layihəsi

15:01 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin 36 şəhər və rayonunda yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, 2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1044,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020- ci illə müqayisədə 60,9 milyon manat və ya 6,2 faiz çoxdur.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsi layihəsində Xankəndi şəhərləri, Xocalı, Xocavənd Qubadlı, Zəngilan və Şuşa rayonları da siyahıya salınıb.

Yəni icbari tibbi sığorta adıçəkilən ərazilərdə də tətbiq olunacaq.

Müəllif: Elmir Murad