11:08 - 19.02.2018
19 fevral, Fineko/abc.az. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili 54-cü Münhen Təhlükəsizlik Konfransında çıxış edib.
Giorgi Kvirikaşvilinin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu regiona dinamika gətirdi.
“Gürcüstan Qərbi və Şərqi birləşdirən müxtəlif strateji təşəbbüsləri, o cümlədən, Cənub Nəqliyyat Dəhlizi və “İpək Yolu” layihəsini dəstəkləyir. Gürcüstan, Qərb ilə Şərq arasındakı ticarətin torpaq, dəniz və dəmir yolu xətləri vasitəsilə inkişaf etdirilməsi üçün layihələrin təşəbbüskarlarından biridir”, - Giorgi Kvirikaşvili belə deyib.
Onun sözlərinə görə, Anakliya dərinsulu limanının gələcək inşası, sərmayələrin cəlb edilməsinə və regionda rifahın artırılmasına imkan verəcək.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026