10:35 - 19.02.2018
19 fevral, Fineko/abc.az. “Metrovaqonmaş” ASC (“Transmaşholdinq” QSC-in tərkibinə daxildir) və “Bakı metropoliteni” QSC Azərbaycanın paytaxtına 81-765/766 modeldə iki beşvaqonlu qatarın tədarükünə dair müqavilə bağladılar.
“Metrovaqonmaş”ın məlumatında deyildiyi kimi, müqavilə, “Metrovaqonmaş” ASC-in baş direktoru Boris Boqatıryov və “Bakı metropoliteni” QSC-in sədri Zaur Hüseynov tərəfindən imzalanıb.
“Bakıya yeni vaqonların tədarükü cari ilin mart ayına planlaşdırılır. Müqavilənin icrası 2018-ci ildə tamamlanmalıdır”, - məlumatda belə deyilir.
Məlumatda həmçinin deyilir ki, 81-765/766 seriyalı vaqonlar, Moskva metropoliteninin ehtiyacları üçün, 2017-ci ilin əvvəlindən Mıtişşi zavodu tərəfindən “Moskva” adı ilə buraxılır.
Bakı sifarişindən fərqli olaraq, Rusiya paytaxtına altı və səkkizvaqonlu qatarlar tədarük edilir, hər birinə isə 81-767 modelli mühərriksiz aralıq vaqonları daxildir (altıvaqonlu qatarlara – bir, səkkizvaqonlu qatarlara isə - iki vaqon).
Zavod, 1967-ci ildən etibarən Azərbaycan paytaxtına vaqonlar tədarük edir. Bakı Metropolitenində hazırda Mıtişşi zavodunun istehsalı olan 280 metro qatarı fəaliyyət göstərir.
Mıtişşi zavodunun metro qatarlarının Azərbaycana daha öncəki tədarükü 2015-ci ildə həyata keçirilmişdir. Həmin vaxt, “Metrovaqonmaş” ASC “Alstom” şirkəti ilə birgə Bakı metropoliteninə 81-760.Б/761.Б/763.Б modelli üç ədəd beşvaqonlu qatar tədarük etmişdir.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026