13:16 - 16.02.2018
16 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı - Böyük Kəsik yolunun əsaslı təmirini həyata keçirməyi davam edir.
ADY-nın məlumatına əsasən, bu gündən etibarən dəmir yolunun Alabaşlı stansiyasında 11 kilometr sahəsinin, Soyuq Bulaq və Gəncə-Alabaşlı sahəsinin əsaslı təmiri başlanıb.
“Həmin sahənin təmiri 10 gün davam edəcək”, - ADY-nın məlumatında belə deyilir.
14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Bu günə kimi 2-ci mərhələ çərçivəsində 458 km dəmir yolu əsaslı təmir olunub.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026