11:30 - 14.02.2018
14 fevral, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda nağdsız hesablaşma metodunu genişləndirmək üçün tədbirlər görməyi davam edir.
Agentlikdən verilən məlumata əsasən, fevralın 17-dən etibarən kartla ödəniş sistemi (BakıKart) həmçinin 52 saylı paytaxt marşrutunda istifadə ediləcək.
“Beləliklə, artıq 21 paytaxt marşrutu nağdsız ödəniş sistemi vasitəsilə sərnişinlərə xidmət göstərir”, - məlumatda belə deyilir.
52 saylı paytaxt marşrutu “Xaliq Faiqoğlu” MMC tərəfindən xidmət edilir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026