14:53 - 10.09.2020
10 sentyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonu, Xoruzlu kəndində saçaqlı pendir istehsal edən sexdə sanitar-gigiyena norma və qaydalarına, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesində texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb.
ABC.AZ-ın məlumatına görə, məhsullar baytarlıq şəhadətnaməsi olmadan satışa təqdim edilir.
Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, müəssisə vətəndaş Nəbiyev Aqil Ziyəddin oğluna məxsusdur.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026