10:46 - 1.09.2020
1 sentyabr, Fineko/abc.az. Avropanın daha bir şirkəti Azərbaycan bazarını tərk edib. ABC.AZ xəbər verir ki, bu 9 il Azərbaycanda fəaliyyət göstərən Şotlandiyanın “UTEC NCS Survey Limited” şirkətidir.
Artıq şirkətin Azərbaycandakı filialı ləğv edilib.
Qeyd edək ki, adıçəkilən şirkət Azərbaycanda 27 oktyabr 2011-ci ildə qeydiyyata alınmışdır. Kreditorlar iki ay ərzində tələblərini 1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8, mənzil Dentons Europe (Central Asia) Limited şirkətinin Azərbacan filialı ünvanına bildirə bilərlər.
Müəllif: Elmir Murad