14:47 - 26.08.2020
26 avqust, Fineko/abc.az. “Əgər vətəndaş ay ərzində bir dəfə deyil, bir neçə dəfə 300 dollar məbləğini keçməmək şərtilə mal gətirirsə burda vətəndaşa seçim hüquqları verilir. Vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla bir dəfəyə bəyan edə bilər, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər. Deyək ki, daşıyıcı şirkət anbarda saxlamağa razılaşmadı, o zaman bir dəfə, yaxud beş dəfə bəyannamə təqdim etməyinizin fərqi yoxdur, istənilən halda güzəşt qüvvədə qalır",
Bu sözləri Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov gömrük güzəşti ilə bağlı dəyişiklikdə qeyd olunan "ayda bir dəfə" məsələsi ilə bağlı fikrini bildirərkən deyib.
Natiq Axundov qeyd edib ki, " Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən dedikdə, yəni vətəndaş tərəfindən bəyannamənin bir dəfə verilməsi nəzərdə tutulur.”
Xatırladaq ki, Nazirlər Kabineti 21 avqust tarixli qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişiklik edilib. Yeni Qaydalar 20 sentyabrdan etibarən qüvvəyə minir.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026