11:25 - 26.08.2020
26 avqust, Fineko/abc.az. “Azərbaycan Sənaye Sığorta” ASC-nin koronavirusdan vəfat etmiş Direktorlar Şurasının sədri, Türkiyə vətəndaşı Doğan Tandoğanın yerinə təyinat olub.
ABC.AZ report-a istinadən xəbər verir ki, bu vəzifə şirkətin daxil olduğu “Azərsun Holdinq” MMC-nin əməkdaşı Rafiq Şahverdiyevə həvalə edilib.
Mərhum D.Tandoğan həm də holdinqə məxsus “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri olub. Bu vəzifədə isə onu müavini Kənan Orucov əvəz edib.
4 Avqust 2026
4 Avqust 2026