16:57 - 5.08.2020
5 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında Şahbuz rayonunda 6 milyon 434 min 800 manatlıq sənaye məhsulu istehsal olunub.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə həmçinin 3,5 hektar sahədə yeni bağ salınıb, 0,7 hektar sahədə bərpa işləri aparılıb.
2020-ci ilin birinci yarımilində 241 işaxtaran vətəndaş qeydiyyata alınıb, iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin edilən 72 nəfərdən 20-nə növbəti əmək yarmarkasında göndəriş verilib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026