Ölkədə məhsul, qara ət istehsalının artımına nail olmağa çalışacağıq - Nazir

14:45 - 25.09.2026


25 sentyabr, Fineko/abc.az. Ölkədə qara ət istehsalının artırılmasına çalışacağıq.

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O bildirib ki, bununla bağlı Dövlət Proqramı yeni qəbul olunub:

“Dövlət proqramının iş icrası hələ indi-indi başlayacaq icra olunmağa. İcra olunduqca ölkədə məhsul, qara ət istehsalının artımına nail olmağa çalışacağıq. Qara ət istehsalı artdıqca da qiymət daha stabilləşəcək”.