Azərbaycan sənayesində innovasiya xərcləri kəskin artıb

15:22 - 2.10.2026


2 oktyabr, Fineko/abc.az. Azərbaycan sənayesində texnoloji innovasiyalara çəkilən xərclər 2025-ci ildə kəskin artaraq 20 milyon 179,6 min manata çatıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 5 milyon 34,5 min manat təşkil edib, beləliklə, xərclərdə bir il ərzində təxminən 4 dəfə artım qeydə alınıb.

İllik xərclərin əsas hissəsini, yəni 12,1 milyon manatını texnoloji innovasiyalar üçün maşın və avadanlıqların alınması təşkil edib.

Bununla yanaşı, yeni texnologiyaların əldə olunmasına 4,34 milyon manat, proqram təminatına isə 2,04 milyon manat vəsait yönəldilib.

İnnovasiya xərclərində ən böyük pay mədənçıxarma sektorunun payına düşüb ki, bu sahədəki xərclər bir ildə 10 dəfədən çox artaraq 1,15 milyon manatdan 12,07 milyon manata yüksəlib.