16:46 - 30.09.2026
30 sentyabr, Fineko/abc.az. Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişikliklər səsverməyə qoyularaq təsdiqlənib.
Yenilənmiş normaya əsasən, dövlət orqanlarının idarəetməsində olan dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin, eləcə də onların təsisçisi və ya iştirakçısı olduğu qurumların dövlət büdcəsindən kənar xüsusi maliyyə vəsaitləri hesabına həyata keçirdiyi satınalmalara “Dövlət satınalmaları haqqında” Qanun şamil edilməyəcək.
Qanun istisnası dövlət və NMR büdcə vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanətli kreditlər, dövlət qrantları və büdcədənkənar dövlət fondlarının vəsaitlərinə tətbiq olunmur.
Qeyd olunan hüquqi şəxslər üzrə satınalmaların yeni qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026