11:02 - 9.09.2026
9 Sentyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi insan resurslarının idarə olunmasında rəqəmsal transformasiya çərçivəsində Mərkəzləşdirilmiş İşə Qəbul Portalını istifadəyə verib.
Yeni elektron platforma dövlət qulluğu vəzifələri istisna olmaqla, nazirlik sistemindəki vakansiyalar üzrə müraciətlərin tam şəffaf, operativ və bərabər şərtlər əsasında həyata keçirilməsini təmin edir.
İlkin mərhələdə namizədlərə şəxsi kabinet vasitəsilə müraciət etmək və sənədlərini real vaxt rejimində idarə etmək imkanı yaradılıb. Növbəti mərhələdə portalın imkanları genişləndirilərək mərkəzləşdirilmiş imtahan və qiymətləndirmə mexanizmləri, həmçinin namizədlərin uyğunluğunun təhlili üçün süni intellekt əsaslı həllər tətbiq olunacaq.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026