Dünya elektronikasını kim istehsal edir? — Şərqi Asiya qlobal gücünün 80%-dən çoxuna nəzarət edir

16:05 - 2.10.2026


2 Oktyabr, Fineko/abc.az. "Visual Capitalist"in tədqiqatına əsasən, Şərqi Asiya ölkələri qlobal elektronika istehsalı bazarında mütləq liderliyini qoruyur. Siyahıda yarımkeçiricilər, displeylər, çap lövhələri, smartfonlar və kompüterlərin istehsal gücləri nəzərə alınıb.

Məlumata görə, cəmi 4 ölkə — Çin (58,8%), Tayvan (10,2%), Cənubi Koreya (6,7%) və Yaponiya (4,8%) dünya üzrə ümumi istehsal güclərinin 80,5%-nə nəzarət edir. İstehsal həcminə görə sonrakı yerləri Hindistan (3,8%), Vyetnam (3,6%) və ABŞ (2,9%) tutur.

Bütün Amerika qitəsinin (ABŞ, Meksika, Braziliya) qlobal payı cəmi 4,5% təşkil etdiyi halda, dünyanın yerdə qalan hissəsinin payı 1,7%-dir.