Telefon mömrəsi, yoxsa ev qiyməti? Bakıda 120 min manata nömrə satılır

15:34 - 2.10.2026


2 oktyabr, Fineko/abc.az. Azərbaycanda mobil operatorların xüsusi indeksli və nadir kombinasiyalı telefon nömrələri onlayn elan platformalarında astronomik qiymətlərlə satışa çıxarılır.

Bəzi SİM-kartların qiymət etiketləri hətta paytaxt Bakıda tam təmirli mənzil qiyməti ilə yarışacaq həddə çatıb.

"Yeni Sabah"ın araşdırmasına görə, təqdim olunan elanlar arasında en bahalı təkliflər sırasına 120 000 manatlıq qiymətlə "(050) 666-66-66" və "(051) 555-55-55" nömrələri rəhbərlik edir.

Eyni rəqəmlərin ardıcıl təkrarlanmasından ibarət olan bu kombinasiyalar faktiki olaraq mənzil qiymətinə təklif olunur. Diqqət çəkən digər yüksək qiymətli elanlar arasında "(050) 288-88-88" nömrəsi 85 000 manata, "(051) 900-00-00" nömrəsi isə 72 000 manata təklif edilir.

Mütəxəssislər bu cür "qızıl" nömrələrin yüksək dəyərini onların yaddaşda asan qalması, həmçinin müəyyən biznes və status göstəricisi hesab olunması ilə izah edirlər.