17:21 - 11.09.2026
11 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda faktiki qiymətlərlə 10 milyard 57,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, məhsul istehsalının fiziki həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artıb.
İstehsal olunan ümumi məhsulun tən yarısı — 50%-i bitkiçilik, 50%-i isə heyvandarlıq sahəsinin payına düşüb.
Hesabat dövründə bitkiçilik məhsullarının istehsalı 3,1%, heyvandarlıq məhsullarının istehsalı isə 2% çoxalıb. Bununla belə, sektorun artım tempində cüzi zəifləmə müşahidə olunub. Yanvar-iyul aylarında qeydə alınan 2,8%-lik ümumi artım göstəricisi avqust ayının sonunda 2,6%-ə enib. Bu dövrdə bitkiçilik sahəsində artım tempi 3,2%-dən 3,1%-ə, heyvandarlıqda isə 2,4%-dən 2%-ə düşüb.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026