16:07 - 2.10.2026
2 Oktyabr, Fineko/abc.az. Çin oktyabrın 1-dən etibarən Honq Konq və Makao istisna olmaqla, digər bölgələrə neft məhsullarının ixracını müvəqqəti olaraq dayandırıb.
Məlumata görə, Daxili bazarın təhlükəsizliyini və ehtiyatlarını təmin etmək məqsədilə dövlətə məxsus "PetroChina" şirkəti oktyabr ayı üçün planlaşdırılan benzin və aviasiya yanacağı tədarükünün böyük hissəsini ləğv edib. Ölkənin iri özəl emal müəssisələrindən olan "Zhejiang Petrochemical Corp" (ZPC) da bayram həftəsi üçün planlaşdırılan göndərişlərdən imtina edib.
Ekspertlər bildirirlər ki, Yaxın Şərq və Rusiyadan tədarükün azalması fonunda Çinin ixracı dayandırması qlobal bazarlarda təklif qıtlığını daha da kəskinləşdirəcək və bir sıra ölkələrdə yanacaq qiymətlərini yeni rekord səviyyələrə qaldıra bilər.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026