“Süsən Aqro” MMC nizamnamə kapitalını bu qədər azaldır

15:46 - 2.10.2026


2 oktyabr, Fineko/abc.az. “Süsən Aqro” MMC nizamnamə kapitalını 5 269 500 manat azaldır.

Şirkətin nizamnamə kapitalı əvvəlki 10 000 100 manatdan 4 730 600 manata endirilir. Kapital azalmasından sonra şirkətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 manat olan 4 730 600 paydan ibarət olacaq.

Cəmiyyətin qanuni təmsilçisi Ramil Məmmədov Edilman oğludur.