12:06 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.
Sənədə əsasən, Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) tələb olunan kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq, balıqçılıq müəssisələrinin və aqroparkların tutum hədləri dəqiq müəyyən edilir.
Qanun layihəsi ilə fəaliyyət siyahısının 27-ci maddəsi yeni redaksiyada verilir, 34-cü maddə isə ləğv edilir.
Bununla da yalnız müəyyən ediləcək konkret güc və tutum hədlərinə cavab verən təsərrüfatların layihələndirilməsi zamanı ƏMTQ sənədinin hazırlanması məcburi olacaq.
Layihənin əsas məqsədi ekologiyaya və insan sağlamlığına olacaq mənfi təsirlərin əvvəlcədən qarşısını almaqdır.
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026