Dövlət Agentliyi lisenziyalara 6 milyon manat xərcləyəcək

14:18 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Milli Kibertəhlükəsizlik Agentliyi” Publik Hüquqi Şəxsi Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) təkmilləşdirilməsi istiqamətində irimiqyaslı açıq tender elan edib.

Satınalma müsabiqəsi mövcud Təhdid Kəşfiyyatı Platformasının (Threat Intelligence Platform) funksionallığının genişləndirilməsi və əlavə lisenziyaların alınmasını nəzərdə tutur.

Müsabiqənin ehtimal olunan qiyməti 6 025 059 manat təşkil edir.