11:46 - 10.06.2020
10 iyun, Fineko/abc.az. Hollandiyanın tanınmış şirkəti "AA Servises"-in Azərbaycandakı filialı fəaliyyətini dayandırdığını və ləğv olunduğunu elan edib (VÖEN: 9900026961).
ABC.AZ-ın məlumatına görə, bu barədə elan Vergilər Xidmətində yer alıb.
Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 3001-ci məhəllə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "AA services" Azərbaycanda neft tullantılarının emalı və daşınması ilə məşğul olub.
Müəllif: Elmir Murad