10:18 - 14.05.2020
14 may, Fineko/abc.az. "Salyan - Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
ABC.AZ xəbər verir ki, yığıncaq iyunun 26-da saat 12-00-da baş tutacaq.
Yığıncağın gündəliyinə cəmiyyətin 2019-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinə dair İdarə Heyətinin hesabatı, Səhmdar Cəmiyyətin İdarə Heyətinə sədrin seçilməsi və digər məsələlər daxildir.
Müəllif: Elmir Murad