Daha 30 min nəfərə 190 manat verildi - Proses davam edir

11:18 - 20.04.2020


20 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların daha 30 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürüb.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək. Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq 230 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra həmin şəxslərin telefon nömrəsinə SMS göndərilir. İşsiz şəxslər bu mesajı aldıqdan sonra, sözügedən məbləği əldə edə bilərlər.

Müəllif: Elmir Murad