15:40 - 1.09.2026
1 Sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin verilməsi qaydalarını açıqlayıb.
Bildirilib ki, Prezidentin 4 iyun 2025-ci il tarixli Fərmanı ilə icazələrin verilməsi səlahiyyəti ADSEA-ya həvalə edilib, 18 dekabr 2025-ci il tarixli Fərmanla isə müvafiq Qayda təsdiqlənib. Bu mexanizm texniki qurğulardan istifadə etməklə su obyektlərindən istifadə edən sahibkar fiziki və hüquqi şəxslərə şamil olunur.
İcazə almaq üçün sahibkarlar müəyyən olunmuş qaydada Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət etməlidirlər. Müraciətlər zamanı tələb olunan su həcminin verilməsi imkanları və ekoloji axımın saxlanılması qiymətləndirilir, həmçinin axıdılacaq tullantı sularının tərkibi təhlil olunur. İcazənin müddəti su obyektinin ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınmaqla Su Məcəlləsinə uyğun olaraq qısamüddətli və ya uzunmüddətli müəyyən edilir.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026