14:10 - 1.09.2026
1 Sentyabr, Fineko/abc.az. Sentyabrın 1-dən qüvvəyə minən su obyektlərindən xüsusi məqsədlərlə istifadə üzrə yeni tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyaclarına, fərdi təsərrüfatlarına və şəxsi əkin-səpin fəaliyyətlərinə şamil edilmir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, vətəndaşlar ümumi istifadədə olan su obyektlərindən şəxsi ehtiyacları üçün sərbəst və ödənişsiz istifadə edə bilərlər.
Bununla yanaşı, torpaq sahibləri mərkəzləşdirilmiş su təchizatı olmadıqda, öz torpaqlarında birinci təzyiqsiz sulu horizonta quyu qaza və istismar edə bilərlər ki, bu da xüsusi istifadə növü sayılmır. "Ailə kəndli təsərrüfatı haqqında" Qanuna əsasən, bu təsərrüfatların fəaliyyəti sahibkarlıq hesab olunmadığı üçün kənd yerlərində pay torpaqlarında kənd təsərrüfatı məhsullarının istehsalı zamanı xüsusi icazə və ödəniş tələb edilmir. Yeni mexanizmin əsas məqsədi vətəndaşları məhdudlaşdırmaq deyil, su ehtiyatlarının uçotunu və səmərəli idarə olunmasını təmin etməkdir.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026