10:41 - 4.09.2026
4 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödənilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Müavinət ödənişləri 26 675 nəfər qız və 30 305 nəfər oğlan uşağının anadan olması ilə bağlı həyata keçirilib. Məlumat operativ xarakter daşıyır.
Ötən ilin eyni dövründə isə bu göstərici 65 191 nəfər təşkil edib.
Beləliklə, 2026-cı ilin ilk 8 ayında uşağın anadan olmasına görə birdəfəlik müavinət alanların sayı illik müqayisədə 8 211 nəfər və ya 12,6% azalıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026