17:47 - 15.04.2020
15 aprel, Fineko/ abc.az. Vaksin tapılmayanadək virusun bütün əhaliyə yoluxması təhlükəsi qalır.
ABC.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərərgahın mətbuat konfransında deyib. Onun sözlərinə görə, xəstəlik hələ yekunlaşmayıb. R. Bayramlı deyib ki, əksinə, qarşıda daha ciddi problemlər ola bilər: "Heç birimiz arxayınlaşmamalıyıq. Yaxın bir il ərzində düşmənin bizə bir addım olmasını unutmayaq. Biz karantin rejimi müddətinin uzadılması üçün ölkə rəhbərliyinə müraciət edəcəyik”.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026