11:58 - 9.04.2020
9 aprel, Fineko/abc.az. "Naxçıvan Sığorta" ASC-ni çıxmaq şərti ilə Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 257 milyon 482 min manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,8% çoxdur.
Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 17,45% artaraq 436 milyon 157 min manat, məcmu qısamüddətli aktivləri isə 10,5% artaraq 821 milyon 325 min manat olub. 15 şirkət uzunmüddətli aktivlərini, 11 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
Müəllif: Elmir Murad