16:07 - 8.01.2018
8 yanvar, Fineko/abc.az. “BakuBus MMC” şirkəti 175 saylı paytaxt marşrutuna xidmət göstərəcək.
Bakı Nəqliyyat Agentliyinin məlumatında deyildiyi kimi, marşrut, 6 yanvar tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi ilə əlaqədar “BakuBus” MMC-nə verilib.
“175 saylı paytaxt marşrutunda “BakuBus” şirkətinin standartlara uyğun olan avtobusları xidmət göstərəcək. Həmçinin, marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 13 yanvar tarixindən bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 may” metrostansiyasınadək hərəkət edəcək”, - məlumatda belə deyilir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026