14:43 - 2.04.2020
2 aprel, Fineko/abc.az. Ölkədə karantin rejiminin tətbiqi və koronovirusla əlaqədar olaraq Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanatla çıxış edib.
ABC.AZ Assosiasiyaya istinadən xəbər verir ki, ABA-nın Rəyasət Heyətinin qərarına əsasən istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılsın.
İstifadə müddətinin uzadılması bir tərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.
Müəllif: Elmir Murad
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026