16:20 - 31.03.2020
31 mart, Fineko/abc.az. Ötən ay Azərbayanda 1 bank filialı və 5 bank şöbəsi bağlanıb.
ABC.AZ Mərkəzi Bankın yaydığı hesabatda istinadən xəbər verir ki, bu ilin yanvarında Azərbaycandakı bank filiallarının sayı 508 idi. Fevral ayının sonunda isə bank filialları 507 olub. Bank şöbələrinin sayı bir ay əvvəllə müqayisədə azalaraq 132-dən 127-yə düşüb.
Qeyd edək ki, ilin əvvəlindən Azərbaycanda 2 filial, 2019-cu ilin sentyabrından indiyədək isə 8 bank filialı bağlanıb.
Müəllif: Elmir Murad
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026